Türkiyədə koronavirusla bağlı son vəziyyət

27 İyun 2020 23:02 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 17 nəfər dünyasını dəyişib, 1 372 nəfərdə virus aşkarlanıb. AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 082, yoluxma faktı 195 min 883 nəfər olub. Gün ərzində 1 984 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 169 min 182-yə çatıb.

Son 24 saatda 45 min 213 test edilib.