İrlandiyanın yeni Baş Naziri seçilib

27 İyun 2020 23:34 (UTC+04:00)

İrlandiyanın yeni Baş Naziri seçilib.

AzNews.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, İrlandiya parlamenti Maykl Martini yeni Baş Nazir kimi təsdiqləyib.

İrlandiyanın "Fianna Fail" partiyasının lideri Maykl Martin parlamentdə 93 səsdən 63-nü toplayıb.

O, "Fianna Fail", "Fine Gael" və "Greens" partiyalarından ibarət koalisiya hökumətinə rəhbərlik edəcək.

Qeyd edək ki, Maykl Martin müxtəlif illərdə Səhiyyə, Ticarət, Xarici İşlər və Təhsil naziri kimi postlarda çalışıb.

Xatırladaq ki, bundan öncə İrlandiya hökumətinə Leo Varadkar rəhbərlik edirdi.