Myanmada fövqəladə vəziyyət rejimi 5-ci dəfə uzadıldı

28 İyun 2020 13:37 (UTC+04:00)

Myanmada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti 15 iyula qədər uzadılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Myanmar Times” nəşri məlumat yayıb.

Fövqəladə vəziyyət rejimi yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə qalması səbəbindən 5-ci dəfə uzadılıb.

Ölkənin keçmiş paytaxtı və ən böyük şəhəri olan Yanqonda gecə yarısından səhər dördə qədər komendant saatı tətbiq edilir.

Qeyd edək ki, Myanmada təsdiqlənmiş yoluxma hallarının sayı 293-ə çatıb, 6 nəfər virusun qurbanı olub. Müalicə alan 216 pasiyent sağalıb.