Putin koronavirus testlərinin nəticələrini açıqladı

28 İyun 2020 17:05 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin indiyədək verdiyi bütün koronavirus testləri neqativ çıxıb.

AzNews.az xəbər verir ki, bu barədə o, “Rossiya-1” kanalına müsahibəsində deyib. Putin bildirib ki, müntəzəm olaraq hər üç-dörd gündə bir dəfə Covid-19 testi verir.

“Allaha şükür ki, bütün nəticələr mənfi olub”, - deyə rusiyalı lider bildirib.