“Sabah”dan daha bir transfer

28 İyun 2020 17:46 (UTC+04:00)

“Sabah” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

AzNews.az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.