Türkiyədə 5,2 bal gücündə zəlzələ

28 İyun 2020 23:54 (UTC+04:00)

Türkiyənin Muğla vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

AzNews.az xəbər verir ki, episentri Marmarisdə olan yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələ İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.

Təşviş keçirən əhali küçələrə axışıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.