Əfqanıstanda bazara raket atıldı

29 İyun 2020 16:45 (UTC+04:00)

Əfqanıstanın Hilmənd vilayətinin Sanqin qəsəbəsində bazar meydanına 4 raket zərbəsi endirilib.

Bununla yanaşı bomba yüklü avtomobillə də hücum edilib.

Terror hücumu zamanı 23 dinc sakin ölüb, 15 nəfər isə yaralanıb.

İnsident zamanı Talibanın 2 üzvünün öldüyü də bildirilir. (Axar.az)

AzNews.az