Korona sünidir: Bu, iki ölkənin oyunudur Lukoşenko

29 İyun 2020 17:15 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

O, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.

“Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, - Lukaşenko bildirib.

Belarus Prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiyasi və iqtisadi rəqabətə də diqqət çəkib:

“Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”. (Teleqraf.com)

AzNews.az