FIDE prezidenti ölkələri olimpiadada iştiraka səslədi

29 İyun 2020 20:25 (UTC+04:00)

Beynəlxalq Şahmat Federasiyası (FIDE) quruma üzv olan 195 ölkənin komandalarını Dünya Şahmat Olimpiadasında iştiraka cəlb etməyə çalışacaq.

AzNews.az-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlama verib.

Koronavirus pandemiyasının nəticələrinə görə, Ümumdünya Şahmat Olimpiadası onlayn keçiriləcək.

Dvorkoviç olimpiadanın bu il Rusiyanın Xanti-Mansisysk və Moskva şəhərlərində keçirilməli olan Olimpiadanı növbəti ilə təxirə saldıqlarını söyləyib: "Bu il onlayn olimpiada keçirəcəyik və 2-3 gündən sonra turnir üçün milli komandaların qeydiyyatı başlanacaq. Bizim 195 üzvümüz var. Komandanın hamısının iştirak edib-etməyəcəyini bilmirəm, amma səy göstərəcəyik. Ölkələrin 70 faizi iştirak edəcək, olimpiada, demək olar ki, bir ay davam edəcək".