İranda koronavirusdan ölənlərin sayı artdı

29 İyun 2020 23:27 (UTC+04:00)

İranda son sutka ərzində daha 162 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az worldometers.info-ya istinadən xəbər verir ki, bununla da pandemiyanın ikinci dalğasının başladığı İranda ölənlərin sayı 10 min 670-ə yüksəlib. Sutka ərzində 2 536 nəfərdə isə virus aşkarlanıb.

Ümumi yoluxanların sayı hazırda 225 205 nəfərdir. 186 min 180 nəfər isə sağalaraq evə buraxılıb.