Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

30 İyun 2020 11:30 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Məlumata görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, növbədənkənar sessiya ərzində 8 iclas keçirilib, 35 qanun layihəsi qəbul edilib.

XXX

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir.

İclasın gündəliyinə 7 məsələ daxildir.

Plenar iclasda Vergi Məcəlləsində, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.