Avropa İttifaqının sərhədlərini açdığı ölkələr açıqlandı

30 İyun 2020 22:10 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Şurası iyul ayının 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb.

AzNews.az xəbər verir ki, həmin ölkələr Avstraliya, Cənubi Koreya, Əlcəzair, Gürcüstan, Kanada, Mərakeş, Monteneqro, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Yaponiya, Yeni Zelandiya, habelə sərhədləri qarşılıqlı açacağını təsdiqləyəcəyi təqdirdə Çindir.