6-cı zirvə toplantısı videokonfrans formatında olacaq

30 İyun 2020 23:34 (UTC+04:00)

Bu il Türkiyə-Rusiya-İran üçtərəfli 6-cı zirvə toplantısı videokonfrans formatında keçiriləcək.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Astana formatlı iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edəcəklər.

Toplantıda Suriya məsələsi, atəşkəs problemi, mültəcilərin könüllü geri qayıdışı üçün lazımi şərtlərin təmin olunması siyasi prosesin irəliləməsi üçün atılacaq müştərək addımlar müzakirə olunacaq.