AL marketdə "pulsuz alver"

1 İyul 2020 11:00 (UTC+04:00)

Bakıda marketdən oğurluq olub.

Məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən AL marketdə baş verib. Naməlum şəxs marketin satıcısının fikrini yayındıraraq oradan 338 manat dəyərində tütün məlumatları oğurlayıb.

Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Araşdırma aparılır.

AzNews.az