Azərbaycanda həkimlərə yeni qoruyucu vasitələr paylanılır

1 İyul 2020 16:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.

Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.