Qırğızıstanda fövqəladə vəziyyət

31 May 2013 13:30 (UTC+04:00)


Prezident Almazbek Atambayev bu barədə fərman imzalayıb. FV rejimi iyunun 10-na qədər qüvvədə olacaq.

Qeyd edək ki, Qırğızıstanın İssık-Kul vilayətinin Ceti-Oğuz rayonunun Tamqa kəndində kütləvi iğtişaş baş verib. Kanada şirkəti tərəfindən istismar edilən Mumtor qızıl mədəninin milliləşdirilməsini tələb edən sakinlər magistral yolları bağlayıb və bir sıra inzibati binaları ələ keçiriblər. Onlar qızıl mədəninə daxil olaraq müəssisənin elektrik enerjisini kəsiblər.

Polisin iğtişaşlarda iştirak edən 100-ə yaxın adamı saxlaması vəziyyəti daha da gərginləşdirib. Rayon administrasiyasının binasını ələ keçirən kütlə həbs olunanların buraxılmasını tələb edib. Polisin təxminən 3 min nəfərdən ibarət olan kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə etdiyi bildirilir. Nəticədə 10 nəfər yaralanıb. (apa.az)

AzNews.az