ABŞ-da F-16 təyyarəsi qəzaya uğradı

1 İyul 2020 17:45 (UTC+04:00)

ABŞ-da təlim uçuşu həyata keçirən F-16 təyyarəsi qəzaya uğrayıb.

AzNews.az "cbsnews"a istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə ABŞ-ın Cənubi Karolina ştatının “Shaw” aviabazasından havaya qalxıb.

Kimliyi açıqlanmayan pilotun xəstəxanaya aparıldıqdan qısa müddət sonra öldüyü deyilir.

Pərvanə