Braziliyada siklon səbəbindən 7 nəfər ölüb

1 İyul 2020 19:34 (UTC+04:00)

Braziliyanın cənubunda iyunun 30-dan iyulun 1-nə keçən gecə baş verən siklon nəticəsində azı 7 nəfər ölüb.

Bu barədə AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir.

Səhər tezdən küləyin sürəti saatda 90 kilometri keçərək ağacların aşmasına, nəticədə evlərə və elektrik xətlərinə ciddi ziyan vurmasına səbəb olurdu. Bu səhər 700 mindən çox ev elektrik enerjisiz qalıb. Parana ştatının paytaxtı Kuritibada güclü külək bir neçə evin damını havaya sovurub.

Ölkənin cənub-şərqindəki San Pauluda siklon yeddi qayıq və iki kateri batırıb.