“Bavariya”dan yeni transfer

1 İyul 2020 22:56 (UTC+04:00)

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AzNews.az xəbər verir ki, Münhen klubu son mövsümü PSJ-də keçirən Tanqu Kuassini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.