Daha 593 erməni koronavirusa yoluxdu

2 İyul 2020 12:00 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 26 658 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 593 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 459 nəfər koronavirusdan ölüb, 11 010 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

AzNews.az