Erməni nazir: “Azərbaycan 10 şərt qoyur”
31 May 2013 14:04 (UTC+04:00)
"Azərbaycan tərəfi hansısa sənədlə razılaşdığı zaman qarşımıza 10 şərt qoyur".
Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.
Ermənistanın qarşılıqlı etimada hazır olduğunu bildirən nazir baş verən insidentlərin araşdırılması, snayperlərin geri çəkilməsi mexanizmlərinin işlənməsinə hazır olduğunu bildirib. Ancaq ənənəsinə sadiq qalaraq Azərbaycan tərəfini ittiham edən nazir münaqişənin Avropa Şurasının Nazirlər Komitəsində müzakirə edilmədiyini deyib: "Bu qurumun mandatı yoxdur. Amma biz yenə də onların münaqişənin həllinə göstərdikləri marağa görə təşəkkür edirik".
Dünyada belə yüksək siyasi müstəviyə qaldırılan ikinci bir münaqişənin olmadığını deyən nazir kompromislərlə bağlı sualları da cavablandırıb: "Ermənistanın mövqeyi bütünlüklə beynəlxalq ictimaiyyətin mövqeyi ilə uzlaşır".
Elnarə
AzNews.az