İranda COVID-19-dan ölənlərin sayı 11 mini ötdü

2 İyul 2020 16:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

O qeyd edib ki, son sutkada 148 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 11 106, yoluxanların sayı isə 232 863 nəfərə yüksəlib. 194 098 pasiyentin sağaldığı bildirilib.