Myanmada torpaq sürüşdü, 162 nəfər öldü

2 İyul 2020 19:46 (UTC+04:00)

Myanmanın şimalında Kaçin ştatının Pxakan şəhərində nefrit şaxtasında torpaq sürüşməsi baş verib.

AzNews.az-ın “RİA Novosti”yə isitnadən məlumatına görə, təbii fəlakət nəticəsində 162 nəfərin cəsədi tapılıb, 54 nəfər xəsarət alıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Sürüşməyə mövsümi yağışların səbəb olduğu bildirilir.