Türkiyədə koronavirusla bağlı son vəziyyət

2 İyul 2020 23:11 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 17 nəfər dünyasını dəyişib, 1186 nəfərdə virus aşkarlanıb.

AzNews.az bildirir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 167, yoluxma faktı 202 min 284 nəfər olub. Gün ərzində 1543 nəfər sağalaraq evə buraxılıb.

Sağalanların ümumi sayı 176 min 965-ə çatıb.