“Real”dan “İnter”ə 45 milyonluq transfer

2 İyul 2020 23:39 (UTC+04:00)

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AzNews.az xəbər verir ki, Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib.

Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Sağ cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

“İnter” 21 yaşlı oyunçu üçün “Real”a 40 milyon avro ödəyəcək. Madrid təmsilçisinin əlavə bonuslarla daha 5 milyon avro qazanmaq şansı var.