Reanimasiyada olan xəstələrin sayı artıb

2 İyul 2020 23:54 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 2-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8031 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 241 nəfər reanimasiyada, 51 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6976 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 495 828 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxub, 364 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.