17 yaşlı oğlan Kürdə batıb

3 İyul 2020 12:06 (UTC+04:00)

Şirvanda 17 yaşlı yeniyetmə çayda batıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.