Elmar Məmmədyarovun yaxın dostu tutuldu – XİN-də ƏMƏLİYYAT

3 İyul 2020 12:45 (UTC+04:00)

Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.

AzNews.az Sfera.az-a istinadən xəbər verir ki, bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.

Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.