“Əlavə iqtisadi paketə ehtiyac görmürük”

3 İyul 2020 18:03 (UTC+04:00)

“Sosial ödənişlər müddətə bağlı deyil. Onlar birdəfəlik ödəmələrdir”.

AzNews.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O, həmçinin yeni iqtisadi paketin olub-olmayacağı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, dövlətin bundan əvvəl elan etdiyi iqtisadi paket çoxşaxəlidir: “Bu gün hansısa əlavə paketə ehtiyac görmürük. Hazırda iqtisadiyyata böyük həcmdə dəstək göstərilir”.