“Onların evi tərk etməsi cinayət məsuliyyəti yaradır”

3 İyul 2020 19:34 (UTC+04:00)

“Evdə müalicə olunanlara gündə 2 dəfə suallar ünvanlanaraq onların vəziyyəti yoxlanılır”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, xəstələrin evi tərk etməsi onların sosial məsuliyyətinə qalıb: “Bizim vəzifəmiz insanların sağlamlıq durumunu müşahidə etməkdir. Koronavirusa yoluxmuş şəxsin evi tərk etməsi cinayət məsuliyyəti yaradır. Bu məsələyə nəzarət daha da gücləndiriləcək”.