Rayonlara gediş-gəliş nə vaxt açılacaq?

3 İyul 2020 19:52 (UTC+04:00)

“Rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi olardı”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bununla virus bütün rayonlara yayılacaq və ona nəzarət etmək mümkün olmayacaq: “Buna görə səbrli olmaq lazımdır. Narıncı zonalar sarı zonalara çevrildikdən sonra gediş-gəliş açıla bilər”.