Bu rayonlara da 190 manatlıq yardım veriləcək

3 İyul 2020 20:08 (UTC+04:00)

“Karantin rejimi tətbiq edilən rayonlarda da yaşayan şəxslərə 190 manatlıq birdəfəlik yardım ödəniləcək”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, yeni 8 rayonla bağlı müzakirələr aparılır və qərar qəbul olunacaq.

Xatırladaq ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.