30-39 yaş arası yoluxanların sayı artıb

3 İyul 2020 21:09 (UTC+04:00)

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusa yoluxanların yaş qruplarını açıqlayıb.

AzNews.az-ın məlumatına görə, R. Bayramlı qeyd edib ki, hazırda yoluxanlar arasında 50-59 yaş arası olanlar 21 faiz, 30-39 yaş arası olanlar isə 18 faiz təşkil edir: “Son həftələrdə daha gənc yaşlarda ölüm hallarının şahidi oluruq. Orta ölüm yaşı 62 yaş təşkil edir”.