Zelenskinin koronavirusa yoluxan xanımından xəbər var

3 İyul 2020 22:57 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirus infeksiyasına yoluxmuş xanımı Yelena Zelenskayadan xəbər var.

AzNews.az-ın Ukrayna KİV-nə istinadən məlumatına görə, birinci xanım Covid-19 infeksiyasına qalib gəlib. Prezident ofisinin məlumatına əsasən, Zelenskaya özünü yaxşı hiss edir və yenidən ailəsi ilə birlikdə olmaqdan xoşbəxtdir.

“Koronavirusa qalib gələn Yelena Zelenksaya ağciyərlərin ikitərəfli sətəlcəmi ilə bağlı müalicəsini isə evdə davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.