Moskvada son sutkada koronavirusdan 25 nəfər öldü

4 İyul 2020 09:01 (UTC+04:00)

Moskvada son sutka ərzində daha 25 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 3929 nəfərə çatıb. Son 24 saat ərzində isə 659 nəfər virusa yoluxub. Hazırda Moskvada 223 min 530 koronavirus xəstəsi var.

154 min 839 nəfər isə xəstəliyə qalib gəlib.