Sahibə Qafarovaya yeni köməkçi təyin olundu

4 İyul 2020 15:21 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarovaya yeni köməkçi təyin edilib.

AzNews.az parlamentin saytına istinadən xəbər verir ki, bu vəzifəyə Fərid Hacıyev təyin olunub.

1989-cu il təvəllüdlü F. Hacıyev ixtisasca hüquqşünasdır.

Qeyd edək ki, bununla da spikerin köməkçilərinin sayı 3-ə çatıb.