Azərbaycan XİN ABŞ-ı təbrik etdi

4 İyul 2020 16:52 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib.

AzNews.az-ın xəbərinə görə, bu barədə XİN-in tvitter hesabında məlumat verilib.

“Amerika Birləşmiş Ştatlarını 4 İyul - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və ABŞ son 30 ildə uğurlu əməkdaşlıq əlaqələrindən bəhrələnib. Bu yaddaqalan gündə dost Amerika xalqına möhkəm cansağlığı və əbədi firavanlıq diləyirik, - deyə təbrikdə deyilir.