Su anbarında batan gəncin meyiti tapıldı

4 İyul 2020 21:09 (UTC+04:00)

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Səmkirçay su anbarında 2003-cü il təvəllüdlü Süleymanov Tofiq Müsəllim oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, T.Süleymanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.