Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

4 İyul 2020 23:11 (UTC+04:00)

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.

Bu barədə AzNews.az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner" MMC-dir.

Bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.