Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

5 İyul 2020 00:04 (UTC+04:00)

Bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Biz hər birimiz bu virusa yoluxa bilərik. Ona görə də bunu gizlətməyə ehtiyac yoxdur. Cəmiyyətdə bu fikrin formalaşmasının qarşısı alınmalıdır. Özünü xəstə hiss edən, hərarəti qalxdığı üçün özünü narahat hiss edən hər bir şəxs mütləq və mütləq həkimə müraciət etməlidir. Çünki bunu etməsələr, onlar da yoluxmanın yayılmasında iştirak etmiş olurlar”, - o bildirib.(Report)

AzNews.az