Ermənistanda hərbçilər yol qəzasına düşdü

5 İyul 2020 11:09 (UTC+04:00)

Ermənistanda yol qəzası baş verib.

AzNews.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Tavuş vilayətində qeydə alınıb.

Belə ki, Müdafiə Nazirliyinə məxsus "KaMAZ" markalı avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində 7 hərbi qulluqçu xəsarət alıb. Onlar hərbi hospitala yerləşdiriliblər.

Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.