Özbəkistanda koronavirusa yoluxanların sayı 10 minə çatır

5 İyul 2020 11:48 (UTC+04:00)

Özbəkistanda yeni növ koronavirusdan sağalanların sayı 6 251 nəfərə çatıb.

AzNews.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı 329 nəfər artaraq 9 829 nəfərə çatıb.

Bildirilir ki, 3 373 pasiyent müalicə edilir, 31 nəfər ölüb.