Uçan naməlum obyekt formalı KİTABXANA

5 İyul 2020 12:49 (UTC+04:00)

Nyu-York şəhərinin küçələrinin birində sarı rəngli uçan naməlum obyekt (UNO) peyda olub.

AzNews.az "Arxinovosti"yə istinadla xəbər verir ki, kiçik və pulsuz kitabxananın müəllifləri Venesueladan olan iki arxitektordur.

“Holita” adlanan mini kitabxana şəhərin Manxetten hissəsində qoyulub və taxta karkasa taxılmış, çevrilmiş dörd ayaqlı sarı çəndən ibarətdir.

İstənilən adam “kitab çəninə” girərək, bəyəndiyi kitabı müəyyən müddətə götürüb oxuya, eyni zamanda, özünə məxsus oxuduğu kitabı da kitabxanaya hədiyyə edə bilər.