Belarusda 423 nəfər pandemiyanın qurbanı oldu

5 İyul 2020 17:30 (UTC+04:00)

Belarusda son sutka ərzində 284 nəfərdə koronavirus aşkar edilib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 63 554 nəfərə çatıb.

Son gün ərzində 5 COVID-19 xəstəsi ölüb və virus qurbanlarının sayı 423 nəfərə çatıb.