Türkiyədə koronavirusla bağlı son vəziyyət

5 İyul 2020 22:49 (UTC+04:00)

Türkiyədə son 24 saatda 19 nəfər dünyasını dəyişib, 1148 nəfərdə Covid-19 aşkarlanıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 225-ə, yoluxanların sayı isə 250 min 758-ə yüksəlib.

1188 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 180 680 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 46 414 test edilib.