Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

5 İyul 2020 23:56 (UTC+04:00)

Astaranın tanınmış cərrahı Kamal Əliyev koronavirusdan dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 48 yaşlı tibb işçisi iyulun 5-nə keçən gecə vəfat edib.

Qeyd edək ki, Kamal Əliyev Astara rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim işləyib.

Allah rəhmət eləsin!