Jurnalistləri təhqir edən iş adamının oğlu imiş — FOTOLAR

6 İyul 2020 09:00 (UTC+04:00)

Xüsusi karantin rejimini pozub, "Fairmont Baku" hotelində istirahət edərək jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.

AzNews.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.

Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.