Türkiyədə "Alabaylar dəstəsi" dağıdıldı

6 İyul 2020 16:31 (UTC+04:00)

AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu "Twitter" hesabında yazıb.

Nazir keçirilən əməliyyatlar çərçivəsində 59 nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, İzmir Respublika Baş prokurorluğu Nihat Alabay və Sedat Alabay qardaşlarının rəhbərlik etdiyi dəstə ilə bağlı 96 şübhəli haqqında istintaq başlatmışdı.

Pərvanə