AMEA-nın televiziyası yaradılacaq

31 May 2013 15:31 (UTC+04:00)



AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görüləcək işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.

İclasda AMEA RH-in Mərkəzi Aparatının kompüter avadanlıqlarının və şəbəkə infrastrukturunun yenidən qurulması, RH-ın struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, www.science.gov.az veb-portalının yenidən qurulması, AMEA-nın korporativ üslubunun yaradılması (loqotip, rəsmi blank, buklet, qapı lövhələri, vizit kartlar və digər atributlar), AMEA-nın "ElmTV" İnternet televiziya kanalının yaradılması, AMEA institut və təşkilatlarının dövri elmi nəşrlərinin analizi, AMEA RH-in hüquqi təminat şöbəsinin informasiya analitik sisteminin yaradılması məsələləri müzakirə edilib.


AzNews.az