Türkiyədə sağalanların sayında artım var

6 İyul 2020 22:56 (UTC+04:00)

Türkiyədə son 24 saatda 16 nəfər dünyasını dəyişib, 1086 nəfərdə Covid-19 aşkarlanıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 241-ə, yoluxanların sayı isə 206 min 844-ə yüksəlib.

2315 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 182 995 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 52 193 test edilib.